Kraliça II Elizabetin bacısı oğlu Devid Armstronq-Cons 26 il evli olduğu xanımı Serena ilə boşandığını elan edib.
Gununsesi.org bildirir ki, bu barədə “BBC News” xəbər yayıb.
Şahzadə Marqaretin 58 yaşlı oğlu boşanma qərarını elan etdikdən sonra mətbuatdan özəl həyatlarına hörmətlə yanaşılmasını istəyib.
Cütlük 1993-cü il oktyabrın 8-də ailə qurub. Onların Çarlz və Marqaret adlı iki övladı var.
Qeyd edək ki, bu, kral ailəsində həftə ərzində ikinci boşanma hadisəsidir.
Fevralın 11-də II Elizabetin böyük nəvəsi boşandıqlarını elan etmişdi.
COMMENTS