REKORD CƏZA: Haaqa Məhkəməsi Rusiyanı 50 milyard dollar cərimələdi:Rəsmi Moskvanı iqtisadi təlatümə salacaq qərar

REKORD CƏZA: Haaqa Məhkəməsi Rusiyanı 50 milyard dollar cərimələdi:

Haaqa Appelasiya Məhkəməsi “YUKOS” şirkətinin şikayəti əsasında Rusiyanı 50 milyard dollar miqdarında cərimələyib.

Gununsesi.org Modern.az-a istinadən xəbər verir ki, qərar Nidernald Ali Məhkəməsində şikayət oluna bilər. Bunun üçün rəasmi Moskvaya 3 ay vaxt verilir.

 

Rusiya Ədliyyə Nazirliyi isə qərarın Avropa Məhkəməsinin İnsan Hüquqları ilə bağlı mövqeyinə zidd olduğunu bildirib.

“Rusiya Federasiyası öz qanuni hüquqlarını qoruyacaq və hökmdən Nidernald Ali Məhkəməsinə appelasiya şikayəti verəcək”.

2014-cü ilin iyulunda Haaqa Beynəlxalq Arbitraj Məhkəməsi Rusiya dövlətinin “YUKOS” neft şirkətinə tammiqyaslı hücum həyata keçirdiyini müəyyənləşdirib. Bununla Rusiya şirkətin iflas olmasına və onun səhmlərini ələ keçirməyə çalışırmış.

Şikayəti “YUKOS”un səhmlərinin 70%-nə sahib “Hulley Enterprises”, “Yukos Universal” и “Veteran Petroleum” offşor şirkətləri vermişdi. İflasa görə çox pul itirən səhmdarlar məhkəməyə müraciət edərək Rusiya dövlətindən dəymiş zərərin kompensasiyasını istəmişdilər. Məhkəmə onların xeyrinə qrəar verdikdən sonra Fransa və Belçikada Rusiyanın dövlət mülkiyyətində olan obyektlərə və vəsaitlərə həbs qoyulub. Rəsmi Moskva isə Haaqa Beynəlxalq Məhkəməsinin öz səlahiyyətlərini aşdığını söyləyib.

Gununsesi.org

COMMENTS