
Dünya üzrə 18 mindən çox şəxs meymunçiçəyi virusuna yoluxub.
Gununsesi.info xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
O, təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında meymunçiçəyi epidemiyası ilə bağlı son vəziyyəti açıqlayıb. Bildirilib ki, virus indiyə qədər 78 ölkədə aşkar edilib.
“Yoluxmanın 70 faizi Avropa bölgəsində, 25 faizi isə Amerika qitəsindədir”, – deyə ÜST rəhbəri qeyd edib.
Məlumata görə, xəstələrin 10 faizi xəstəxanaya yerləşdirilib.
Gununsesi.info