
Qazaxıstanın hüquq-mühafizə orqanları Almatıda reydlər zamanı iğtişaşların 2 minə yaxın iştirakçısını saxlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə cümə axşamı respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Almatı polis idarəsinin əməkdaşları Karasai-Batır və Masançi küçələrini təmizləmək üçün irəliləyiblər. Qanunu pozanların tutulması üçün tədbirlər görülür. Ümumilikdə 2 minə yaxın adam polisə gətirilib”, – məlumatda deyilir.
Gununsesi.info