Ərdoğan və Netanyahu görüşə bilər

  • By arzu
  • 23 İyun 2023 16:38

Tanınmış “Bloomberg” agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Baş naziri Binyamin Netanyahunun görüşəcəyini yazır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, görüşün Ankarada olacağını bildirən dərgi iki ölkə arasındakı normallaşma addımlarının irəlilədilməsi yönündə olacağını bildirir.

HTML tutorial

İki siyasətçinin üz-üzə görüşündə təbii qaz mövzusunun da gündəmdə olacağın vurğulanır.

Qəzza xəttindən Avropaya Türkiyə üzərindən təbii maye qazın daşınması üçün müzakirələrin ediləcəyi də yazılanlar arasındadır. Bölgədə nə qədər qazın olması bilinməsə də, LNG ixrac terminalı və ya Türkiyəyə qaz daşıyacaq bir boru xəttinin olmaması eyni layihənin uzun müddət ala biləcəyi yazılır.

Qaynaqlar İsrail və Türkiyə arasında ehtimal edilən qaz anlaşmasının əlaqələri bərpa etməyə yardımçı olacağı düşüncəsindədirlər.

 

Tərcümə: Arzu

Gununsesi.info