Əli Nağıyev Şuşada

  • By admin
  • 22 Noyabr 2020 11:47
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə DTX-nin rəisi general-leytenant Əli Nağıyevin Şuşa şəhərinə xidməti səfəri olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumatı yayıb.
Səfər çərçivəsində Xidmət rəisi, həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olub. Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirib, qarşıda duran birgə vəzifələr müzakirə olunub.
Gununsesi.info