
ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Bayden 74 milyonluq rekord səslə qələbə qazandığını deyib.
Gununsesi.info-nun “ABC News” telekanalına istinadla məlumatına görə, bu barədə o, xalqa müraciəti zamanı bəyan edib.
“Seçkilərdə əvvəllər heç kimin ala bilmədiyi səs sayı ilə qalib gəldik. Dünyada ABŞ-a yenidən hörmət edilməsi naminə bu vəzifə üçün çalışırdım”, – deyə o vurğulayıb.
Qeyd edək ki, tələb olunan 270 seçici səsindən 290-nını alan, bununla da zəfərini təmin edən demokrat Co Bayden noyabrın 7-də özünü Amerika Birləşmiş Ştatlarının Prezidenti elan edib.
Donald Tramp da öz növbəsində məhkəmə yolu ilə bir sıra ştatlarda lider mövqeyini bərpa edəcəyinə ümidini bildirib
Gununsesi.info.