Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qardaşı oğlu Elçin Həsənov İctimai Televiziyada Baş direktor müavini vəzifəsindən azad edilib.
Gununsesi.org xəbər verir ki, bu barədə KONKRET.az-a televiziyadakı əməkdaşlardan biri deyib. Mənbənin sözlərinə görə, Elçin Həsənov onsuz da bu gün–sabah işdən kənarlaşdırılacaqdı. Ancaq Əli Həsənovun oğlu Şamxal Həsənovun “Xəzər” Televiziyasının rəhbərliyindən uzaqlaşdırılması onun da işini itirməsini sürətləndirib.
E. Həsənov əvvəllər “İdman Azərbaycan” kanalının Baş direktor müavini kimi çalışıb. Bir müddətdən sonra isə İctimai Televiziyanın Baş direktor müavini olub. Bu vəzifədə o, televiziyanın gənclər, elm və təhsil departamentini, o cümlədən “Carçıfilm” Yaradılıcıq Birliyini “kurasiya” edirmiş.
COMMENTS