
Əfqanıstanın şimal-qərbindəki Herat şəhərində partlayış törədilib.
Gununsesi.info xəbər verir ki, bu barədə yerli “Etilaat Roz” qəzeti məlumat yayıb.
Hadisə nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
İlkin məlumata görə, Hacı Abbasın Herat məhəlləsində sərnişin mikroavtobusu partladılıb.
“Taliban” hərəkatının regional nümayəndələri partlayış faktını təsdiqləyiblər.
Gununsesi.info