
Almaniyalı siyasətçi Fridrix Merts Xristian Demokratlar İttifaqının (XDİ) sədri vəzifəsinə təsdiqlənib.
Gununsesi.info-nun xəbərinə görə, partiyanın konqresində iştirak edən nümayəndələrin 94%-i onun lehinə səs veriblər.
Səsvermə Almaniya telekanalları vasitəsilə canlı yayımlanıb.
Mers dekabrın ortalarında keçirilən səsvermə zamanı XDİ-nin 400 min üzvünün dəstəyi ilə 62,1% səs toplayaraq partiyanın gələcək lideri seçilib. Bu gün o, partiyanın xartiyasına uyğun olaraq rəsmi şəkildə bu vəzifəyə təsdiqlənib. Ümumilikdə qarışıq formatda keçirilən konqresdə 983 nümayəndə iştirak edib. Onlardan 915-i lehinə səs verib, 16-sı isə bitərəf qalıb.
Yeni sədr ötən il Bundestaqa seçkilərdə məğlub olmuş Armin Laşeti əvəz edib.
Gununsesi.info