Ərdoğan Sezen Aksunu hədələdi

  • By admin
  • 22 Yanvar 2022 20:05

Türkiyəli məşhur müğənni Sezen Aksunun “Şahane Bir Şey Yaşamak” adlı mahnısı sosial şəbəkələrdə qalmaqal yaradıb.
Gununsesi.info xəbər verir ki, mahnıda “O cahil Həvva və Adəmə salam deyin…” ifadələri bir-birinin ardınca reaksiya almağa başlayıb.
Sözügedən mahnı ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. Böyük Çamlıca məscidində cümə namazını qılan prezident Ərdoğan namazdan sonra camaata xitab edib. Ərdoğan Sezen Aksu ilə bağlı sərt ifadələr işlədib: “Təhqirlərin mini bir qəpik. Bütün bunların qarşısında dimdik duracaq olan sizlərsiniz. Yeri gəlsə o uzanan dilləri qopartmaq bizim borcumuzdur. Həzrəti Adəm əfəndimizə kiminsə dili uzana bilməz. Həvva validəmizə kiminsə dili uzana bilməz. Onlara həddini bildirmək bizim borcumuzdur”.