Türkiyədə 3+3 formatında görüş planlaşdırılır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın 3+3 platforması çərçivəsində növbəti regional toplantını Türkiyədə keçirmək planlarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

“Prezident Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı zamanı bildirib ki, Ankara Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirir. Onun sözlərinə görə, Ankara 3+3 platforması çərçivəsində Türkiyədə növbəti görüş keçirməyi planlaşdırır”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info