Zelenskinin vizit kartı mənəm - Tramp

Vladimir Zelenskinin üstünlüyü (“kozırı”) yoxdur və əvvəldən olmayıb. Onun yalnız bir üstünlüyü var – Donald Tramp.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Nyu York Tayms”a müsahibəsində deyib.

“Əgər mən olmasaydım, Kiyev üçün vəziyyət tamamilə fəlakətə çevrilərdi. Zelenski və Avropa liderləri bunu bilirlər”, – Tramp bildirib.

Rusiyanın təklif olunan Amerika sülh planını rədd edəcəyi və ya onun təsdiqini gecikdirəcəyi təqdirdə Ukraynanı silahlandırmağa hazır olub-olmaması ilə bağlı suala Tramp cavab verməkdən imtina edib.

“Bunu demək istəmirəm. Sadəcə bunu deməli olduğum bir vəziyyətdə olmaq istəmirəm, çünki həyatları xilas etməyə çalışmaq öhdəliyim var”, – deyə o cavab verib.

Gununsesi.info