Google İran rialını ucuzlaşdırdı

  • By Admin2
  • 12 Yanvar 2026 16:08

“Google” şirkəti İran rialının məzənnəsini yuvarlaqlaşdırıb.

Gununsesi.info bu barədə “İzvestiya” qəzetinə istinadən məlumat verir. 

Bəyanatda deyilir: “2026-cı ilin əvvəlindən bəri İran valyutası dollar və avroya qarşı 2300% ucuzlaşıb. Hazırda 1 avro 1,2 milyon riala, 1 dollar isə təxminən 1 milyon riala bərabərdir”.

Qeyd edək ki, 2025-ci il dekabrın 28-də İranda milli valyutanın devalvasiyası ilə bağlı etirazlar başlayıb. Buna cavab olaraq hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib, o cümlədən göz yaşartıcı qaz və hava silahlarından istifadə edib. Ən böyük nümayişlər Tehranda, ən şiddətli toqquşmalar isə qərb və cənub-qərbdəki Məlikşah, Kirmanşah və Lordeqan şəhərlərində baş verib.

Maqsud

Gununsesi.info