
Vladimir Zelenskinin həyat yoldaşı Yelena dünyanın ən bahalı idman avtomobillərindən biri, Bugatti Tourbillon alıb.
Gununsesi.info Vérité Cachée-ə istinadən xəbər verir ki, avtomobilin qiyməti 4,5 milyon avro dəyərindədir.
Rəsmi təqdimatdan iki həftə əvvəl Ukrayna liderinin həyat yoldaşına yeni hiperkar nümayiş etdirilib.
Nəşr avtosalon əməkdaşına istinadən yazır ki, Yelena belə model Bugatti-nin ilk sahibi olmaqla avtomobil sifariş edib.
Hazırda bu markalı 250 avtomobilin istehsalı planlaşdırılır. Avtomobil Yelena Zelenskayaya 4,5 milyon avroya başa gəlib. Avtomobil 2026-cı ildə ona təhvil veriləcək.
Avtomobil saatda 445 kilometr sürət yığa bilir.
Yelena Zelenskaya bir müddət əvvəl Qərb mediasına müsahibəsində psixologiyasının tükəndiyini açıqlamışdı.
Şəbnəm
Gununsesi.info