
Ukrayna Prezidenti Volodimir Zelenski Qrihoriy Qalahanı Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsindən azad edib və Viktor Horenkonu bu vəzifəyə təyin edib.
Gununsesi.info xəbər verir ki, 530/2022 və 531/2022 nömrəli müvafiq fərmanlar dövlət başçısının saytında dərc edilib.
530/2022 nömrəli sərəncamda deyilir: “Qrihoriy Anatoliyeviç Qalaqan Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin”.
531/2022 saylı digər fərmanla Zelenski Viktor Horenkonu Ukrayna Silahlı Qüvvələrinin XƏQ komandiri vəzifəsinə təyin edib.
Qeyd edək ki, 2020-ci il avqustun 25-də prezident Zelenski Qrihoriy Qalahanı Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin etmişdi.
Gununsesi.info