25 milyona yol təmir edilir

  • By admin
  • 26 İyul 2022 09:52

Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran Şəhəri Üzrə Nümayəndəsi yolların əsaslı təmiri işləri üzrə tenderin qalibini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, 25 544 963 manatlıq tenderin qalibi “Şabran-D” MMC-dir.

Xatırladaq ki, “Şabran-D” MMC bundan əvvəl Şamaxı Rayonu Suvarma Sistemləri İdarəsinin kanal və çay məcralarında görüləcək lildən təmizləmə, daşqın və selə qarşı tənzimləmə işləri üzrə 129 764 manatlıq tenderini qazanıb.

Gununsesi.info