Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniya kansleri Angela Merkellə telefon danışığı olub.
Gununsesi.org xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında yazılıb. Tərəflər “normand dördlüyü” ölkələrinin (Rusiya, Ukrayna, Fransa, Almaniya) liderlərinin Donbass münaqişəsinin tənzimlənməsi istiqamətində gözlənilən görüşünü müzakirə ediblər.
Sammit dekabrın 9-da Parisdə keçiriləcək.
Gununsesi.org
COMMENTS