Zaqatalada zəlzələ olub

Azərbaycanda zəlzələ olub.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 13:37-də Zaqatala stansiyasından 15 km cənub-qərbdə, Zaqatala rayonunda qeydə alınıb. Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.

Zəlzələnin maqnitudası 2.8, dərinliyi 11 km olub.