İki ayağını itirən qadın bütün işlərini əlləri ilə görür – AÇIQLAMA + VİDEO

  • By admin
  • 18 Avqust 2021 18:06

Göyçay rayonunun Çərəkə kənd sakini, sağlamlıq imkanları məhdud Anna Bəkirova çox çətinliklə təsərrüfat işləri ilə məşğul olur.

Bu barədə videogörüntülər sosial şəbəkələrə yayılıb.

A.Bəkirova bildirib ki, çətin vəziyyətdə yaşayır:

“İki ayağımı itirmişəm deyə, işlərimi əllərimlə edirəm. Heç bir dəstəyim yoxdur. Gecələr əllərimin ağrısından yata bilmirəm”.

Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.

Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən lazımı addımlar atılacaq:

“Göyçay rayonu, Çərəkə kənd sakini Bəkirova Anna Abil qızına 2002-ci ildə hər iki ayağın yuxarı hissədən amputasiya olunması diaqnozu ilə müddətsiz I qrup əlillik dərəcəsi təyin olunub.  Anna Bəkirovaya birinci dərəcəli əlilliyə görə müavinət və təqaüd formasında aylıq 280 manat, əlavə olaraq ona qulluq edən şəxs üçün 50 manat aylıq təqaüd verilir.

Anası Zümrüd Bəkirova da yaşa görə əmək pensiyası (260 manat) ilə təmin olunur. Anna Bəkirovanın təkərli oturacaqla təmin olunması üçün tibbi göstərişin təyin edilməsi işləri də aparılıb və sənədləri hazırlanır”.

“Yaxın günlərdə o, təkərli oturacaqla təmin ediləcək. Eyni zamanda, Anna Bəkirovanın aşağı ətraf protezləri ilə təminatı da nəzərdə tutulub”, – deyə qurumdan qeyd edilib.

//baku.tv/az/cemiyyet/42692/#t=0

Gununsesi.info