
Ermənistan ordusunun hərbçisi ölüb.
Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə mayın 4-ü Zəngəzurda yerləşən hərbi hissələrdən birində baş verib.
Hərbi qulluqçular arasında yaranmış mübahisə zamanı açılan atəş nəticəsində əsgər Artyom Ovikoviç Melkonyan (2002-ci il) ölüb. Faktla bağlı araşdırma başlayıb.