Məşhur aparıcı həbs xəbəri yayıldı - DİN TƏKZİB ETDİ

  • By admin
  • 05 May 2021 22:16

Azərbaycanın efir məkanından hər kəsə tanış olan aparıcı Nəsimi Nəbizadə həbs olunub.

Gununsesi.info-nun əldə etdiyi xəbərə görə, tanınmış teleaparıcı narkotik satmaqda şübhəli bilinir.

Onun saxlanması barədə foto da sosial şəbəkələrdə yayılıb.

Bu arada isə DİN jurnalistin həbsi xəbərinə DİN-nin Mətbuat Xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, bu istiqamətdə yayılan məlumatlar əsassızdır.

Qeyd edək ki, Nəsimi Nəbizadə uzun illər AzTV-nin Xəbərlər proqramının aparıcısı olub.
Nəsimi Nəbizadə əməkdar jurnalistdir.

Gununsesi.info