Zəlzələnin Türkiyəyə vurduğu ziyan AÇIQLANDI

Fevralın 6-da baş verən iki zəlzələ Türkiyə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in 10%-i həcmində ziyan vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

HTML tutorial

Agentlik zəlzələ nəticəsində dağılan binalara dəymiş ziyanı 70,8 milyard dollar qiymətləndirib. Bundan əlavə, Türkiyə büdcəsinin gəlir hissəsində 10,4 milyard dollar itki olacaq.

Agentlik əmək itkisini 2,9 milyard dollar olacağını bildirib.

Bundan əvvəl “Fitch” reytinq agentliyi Türkiyəyə dəymiş ziyanı 4 milyard dollar qiymətləndirib.

Gununsesi.info