
Xalq yazıçısı Anar özü Əlisa Nicata müəyyən maliyyə yardımı edəcək
Gununsesi.info xəbər verir ki, bunu APA-ya açıqlamasında AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.
O, Əlisa Nicatın təqaüd alma məsələsinə də toxunub.
“Bundan əlavə, indiyə kimi Əlisa Nicat AYB-dən Prezident təqaüd almayıb. Bunun üçün o özü müraciət edə bilərdi, etməyib. Amma, indiki halda, maddi vəziyyətini nəzərə alaraq, adı siyahıya salınacaq və gələn il üçün Prezident təqaüdü ala biləcək”, – Xəyal Rza bildirib.
Qeyd edək ki, ötən gün sosial şəbəkədə azərbaycanlı yazıçı, tərcüməçi Əlisa Nicatın sosial durumunun aşağı olması barədə məlumat paylaşılıb.
Gununsesi.info