Yunanıstan İrana 150 min doza “Astra Zeneca” peyvəndi göndərdi

  • By admin
  • 03 Oktyabr 2021 10:00

Yunanıstandan İrana 150 min doza “Astra Zeneca” peyvəndi idxal edilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İranın Baş gömrük idarəsinin rəhbəri Mehirdad Cəmali məlumat verib. O bildirib ki, indiyə kimi İrana 80 milyon doza müxtəlif ölkələrin istehsalı olan peyvənd idxal edilib.

 

Səhiyyə Nazirliyinin məlumatına əsasən İranda 53 milyon nəfərə peyvənd vurulub və proses davam edir.

 

Nazirliyin digər açıqlamasına görə son 24 saat ərzində ölkə ərazisində 10 min 135 nəfər koronavirusa yoluxub, 217 nəfər isə yoluxaraq ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 611 min 700 nəfərə, ölənlərin ümumi sayı isə 120 min 880-a çatıb.

 

Xəstəxanalarda müalicə alan 5 min 802 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 5 milyon 75 min 482 nəfər sağalaraq evə buraxılıb.

 

Artıq üçüncü həftədir ki, İranda koronavirus infeksiyasının yayılması və ölüm hallarında azalma müşahidə olunur.

Gununsesi.info