“YouTube”da qlobal nasazlıq baş verdi

  • By Ayshan
  • 19 Dekabr 2025 19:09

İstifadəçilər “YouTube” video hostinqində qlobal nasazlıq barədə şikayət ediblər.

Gununsesi.info xəbər verir ki, bunu “Downdetector” xidmətinin məlumatları təsdiq edir.

Nasazlıq barədə 10 minlərlə şikayət daxil olub. İstifadəçilərin 77%-i “YouTube” veb-saytının, 15%-i video yayımının, 7%-i isə tətbiqin nasazlığı barədə məlumat veriblər.

ABŞ-dən 12 609, Yaponiyadan 5 255, Böyük Britaniyadan 5 030, Almaniyadan 4 070 şikayət daxil olub. Nasazlıqlar, həmçinin Fransa, Niderland, İsveç və digər ölkələri də əhatə edib.

Gununsesi.info