Rusiya Prezidenti Vladimir Putinin “birbaşa xətt”i və mətbuat konfransı – “İlin yekunları” proqramı 4 saat 27 dəqiqə davam edib.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, proqram ərzində o, 42 jurnalistin suallarını, “birbaşa xətt”ə daxil olan 16 sualı, həmçinin blits formatında 15 sualı cavablandırıb.
Ötən il də tədbir 4 saat 27 dəqiqə davam etmişdi.
Rekord 2020-ci ildə qeydə alınıb, o zaman “birbaşa xətt” və mətbuat konfransı 4 saat 30 dəqiqə çəkmişdi.












