Bakıda 82 yaşlı qoca qadını avtomobil vurdu

  • By ilhame
  • 12 İyun 2021 22:23

 

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi. infonun məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mərdəkan qəsəbəsində yolu 1939-cu il təvəllüdlü Hüseynova Dilarə Məzahir qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi. info