Pablo Eskobara məxsus olan oteldə 5 milyona dəniz mənzərəli otaq kirayələdi- FOTOLAR

Pablo Eskobara məxsus olan oteldə 5 milyona dəniz mənzərəli otaq kirayələdi

Rusiyalı müğənni Svetlana Loboda ailəsi ilə birlikdə istirahətə yollanıb.

Gununsesi.org xəbər verir ki, Meksikanın Tulum şəhərində dincələn sənətçi bu tətili üçün 5 milyon rubl (təxminən 137 min 500 manat) pul xərcləyib.

O, keçmişdə kolumbiyalı narkobaron Pablo Eskobara məxsus olan oteldə dəniz mənzərəli otaq kirayələyib.

Sənətçiyə burada 1 gecə qalmaq ona 100 min rubldan (təxminən 2750 manat) baha başa gəlib.

10 günlük istirahətdən sonra ölkəsinə qayıdıb bir neçə konsert verən sənətçi yenidən Meksikaya uçmaq qərarına gəlib. (axşam.az)

 

 

 

Gununsesi.org

COMMENTS