Neft istehsalçıları arasındakı qiymət böhranının aradan qaldırılması məqsədilə G-20 ölkələrinin Energetika nazirləri arasında keçirələcək iclasın aprelin 10-na təyin olunduğu ehtimal olunur.
Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Rusiya və digər neft istehsalçıları qiymət böhranını dayandırmaq məqsədilə neft məhsullarının qiymətinin aşağı salınması üçün razılaşma əldə etməyə çalışırlar.
Ciddi maneələr səbəbindən ölkələrin hələ razılığa gələ bilmədiyi bildirilib. Bunların arasında OPEC-in təxirə salınmış iclası, həmçinin Moskva və Ər-Riyadın Vaşinqtonu müqaviləyə cəlb etmək istəyi dayanır. Bununla belə ABŞ Prezidenti Donald Tramp razılaşmalara qoşulmaq və neftin qiymətini aşağı salmaq niyyətinin olmadığını bildirib.
Nəşrin iki müxbirinin verdiyi məlumata görə, ABŞ-ı razılaşmaya cəlb etmək üçün diplomatlar aprelin 10-da G20 Energetika nazirlərinin iclasını təşkil etməyi planlaşdırır. OPEC+ iclasının aprelin 9-da baş tutacağı gözlənilir.
Xatırladaq ki, martın 6-da keçirilən OPEC+ iclasında Rusiyanın hasilatı azaltmaq təklifi ilə razılaşmamasından sonra neft qiymətləri 30% ucuzlaşmışdı.
COMMENTS