Yerevanlı səfir ABŞ erməniləri ilə dil tapa bilmir

Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts ölkənin ən böyük diaspor təşkilatları ilə dil tapa bilmir.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, ən böyük diaspor təşkilatlarından sayılan Amerikanın Erməni Milli Komitəsi yeni səfirlə dialoqdan imtina edir.

Səfirə olan inamsızlıq erməni icmasının sıravi üzvlərinə də sirayət edib. Baş nazir Nikol Paşinyanın qərarı ilə ABŞ-a səfir göndərilən 37 yaşlı Makunts bundan əvvəl, parlamentdə “Mənim addımım” frkaisyasının rəhbəri idi.

Gununsesi.info