Bakıda şagirdlər arasında baş vermiş kütləvi davaya aydınlıq gətirilib

  • By ilhame
  • 25 Yanvar 2024 22:27

Bakı şəhəri 188 saylı məktəbin şagirdləri arasında baş vermiş kütləvi davaya aydınlıq gətirilib.

 

Gununsesi.info xəbər verir ki, 188 nömrəli tam orta məktəbdən bildirilib ki, 23 yanvar 2024-cü il tarixində dərsdən sonra saat 15:00 radələrində məktəbdənkənar ərazidə şagirdlər arasında dava olub.

 

Məktəb rəhbərliyi məsələdən xəbər tutan kimi valideynlər məktəbə dəvət olunub, onlarla söhbət aparılıb, müvafiq qaydada izahatları alınıb. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib.

Gununsesi.info