Yaponiyada qiymətli əşyalar sərgisindən dəyəri 1,8 milyon dollar olan 50 karatlıq brilyant oğurlanıb.
Gununsesi.org-un “TASS”a istinadən məlumatına görə, insident İokoqama şəhərində baş verib.Sərgi bağlanarkən xidmətçi qiymətli daşın yoxa çıxdığını aşkarlayıb.
Polis bildirib ki, oğurluq anı qeydə alınmayıb və oğruların şəxsiyyəti məlum deyil. Polisin fikrincə, brilyant çox qısa müddətdə oğurlanıb. İstintaqın ilkin ehtimalına görə, oğrular qrupla hərəkət ediblər və ola bilər ki, onların cinayət ortaqları nümayiş zalının heyəti arasındadır.
Gununsesi.org
COMMENTS