
Niderlandın xarici işlər naziri Vopke Hukstra koronavirusa yoluxub.
Gununsesi.info-nun məlumatına görə, bu barədə nazir özünün “Twitter” səhifəsində yazıb.
“Təəssüf ki, testimin nəticəsi müsbət oldu. Ona görə də hələlik karantində qalıram”, – deyə V.Huksta bildirib.
O əlavə edib ki, yaxın günlərdə evdən işləyəcək.
Gununsesi.info