
İngiltərə Baş naziri Boris Conson parlament iclasında üzr istəyib.
Gununsesi.info xarici KİV-lərə istinadən bildirir ki, onun 2020 -ci ilin may ayında pandemiya vaxtı sərt karantin zamanı Baş nazirin ofisində keçirilən bir partiyaya qatıldığı üçün istefası tələb olunub:
“Baş nazirlik ofisinin qaydalara əməl etmədiyini düşünən insanların qəzəbini anlayıram. İşçilərə təşəkkür etmək üçün bağçaya getdim və orada cəmi 25 dəqiqə qaldıqdan sonra iş üçün ofisə qayıtdım”, – deyə, Conson üzrxahlıq edib.
Qeyd edək ki, milyonlarla insanın karantində olduğu, bir çox iş yerinin bağlandığı bir vaxtda baş nazirin iqamətgahının bağçasında 100-ə yaxın insanın qatıldığı gecəyə dəvətnamənin sızması Böyük Britaniyanı ayağa qaldırıb.
Gununsesi.info