
Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili bu gün Qori Hərbi Hospitalında eks-prezident Mixeil Saakaşvili ilə görüşəcək.
Gununsesi.info gürcü mediasına istinadla xəbər verir ki, keçmiş prezidentlər arasında görüş saat 12:00-a planlaşdırılır.
Məlumata əsasən, Giorgi Marqvelaşvili ilə Mixeil Saakaşvili arasında müzakirə ediləcək əsas məsələlərdən biri Prezident Salome Zurabişvilinin təşəbbüsü ilə hakimiyyətlə müxalifət arasında milli razılıq prosesi olacaq.
Xatırladaq ki, Giorgi Marqvelaşvili dekabrın 20-də məhkum Mixeil Saakaşvili ilə görüşmək üçün Penitensiar Xidmətə müraciət etmişdi.
Gununsesi.info