
Tanınmış araşdırmaçı jurnalist Cavanşır Həsənli Milli Məclisin deputatı Elnur Allahverdiyevlə bağlı maraqlı status paylaşıb.
Gununsesi.org jurnalistin həmin yazısını sizə təqdim edir:
“Milli Məclisin deputatı, “Kontakt Home” ticarət şəbəkəsinin sahibi Elnur Allahverdiyevin vaxtı ilə Sloveniyanın fəxri konsulu olduğu heç kimə sirr deyil. Hələ ötən il parlament seçkiləri ərəfəsində bu məsələ xarici ölkə qarşısında öhdəlik yaradan fakt kimi gündəmə gəlmişdi və MSK 27 yanvar 2020-ci il tarixində bununla bağlı rəsmi açıqlama verməyə məcbur olmuşdu.
MSK o zaman XİN-in Dövlət Protokol İdarəsinin arayışı əsasında Elnur Allahverdiyevin Sloveniyanın fəxri konsul vəzifəsindəki fəaliyyətinin 29 dekabr 2019-cu ildə başa çatdığını bəyan etmişdi. Elnur Allahverdiyev həmin vaxt mətbuata açıqlama verərək, məsələni bununla bitmiş saymışdı. Amma…



