Rasim Məmmədovu Ramiz Mehdiyev həbs etdirib - VƏKİLDƏN AÇIQLAMA

DTX tərəfindən həbs edilən “Baku Steel Company”nin rəhbəri  Rasim Məmmədovun hüquqlarını tanınmış vəkillər – Elçin Sadıqovla , Bəxtiyar Hacıyev müdafiə edəcək.

Gununsesi.info-nun xəbərinə görə, Elçin Sadıqov artıq müdafiə etdikləri şəxslə görüşə hazırlaşdıqlarını deyib.
Elçin Sadıqov mətbuatda Rasim Məmmədovun Ramiz Mehdiyevin “qara kassası” olması barədə yazılanlara da münasibət bildirib.
Vəkil deyib ki, bu iddialar həqiqəti əks etdirmir:
“Rasim Məmmədov Ramiz Mehdiyevin kürəkəninin və oğlunun yalandan ibarət şikayəti əsasında tutulub”.

Günay

Gununsesi.info