
Azərbaycanda bu gün koronavirus infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 6 nəfər “COVID-19”dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 229 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 553 nəfər müalicə olunaraq sağalıb, 3 119 nəfər vəfat edib. Hazırda 4 263 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 342, bu günə qədər isə ümumilikdə 2 394 476 test icra olunub.
Gununsesi.info