Xarkov raketlə vuruldu

Rusiya ordusu Xarkov şəhərini yenidən atəşə tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarkov vilayət prokurorluğu məlumat yayıb.

Raketlərdən biri təhsil ocağının ərazisinə düşərək, oranı dağıdıb.

Digər raket fərdi yaşayış evinə düşüb. Nəticədə 62 yaşlı sakin yaralanıb. Zərbə yaxınlığda yerləşən uşaq sanatoriyasına da təsir edib.

Gununsesi.info