
Salyan rayonunda intihar hadisəsi baş verib.
Gununsesi.info “repot.az”a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Beştalı kəndində qeydə alınıb.
Kənd sakini, 2002-ci il təvəllüdlü Səmədov Azil Ramil oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntihar hadisəsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info