Ankaradan Şri-Lankadakı hadisələrə REAKSİYA

Türkiyə Xarici İşlər Nazirliyi Şri-Lankada davam edən etirazlar fonunda zorakılığın artması ilə bağlı narahatlığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Trend”ə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

“Biz Şri Lankada baş verən hadisələrdən və davam edən etirazlar zamanı zorakılığın artmasından narahatıq. Hesab edirik ki, ölkənin üzləşdiyi ciddi siyasi və iqtisadi problemlərin həlli ictimai razılıqdan keçir. Biz bütün tərəfləri təmkinlə hərəkət etməyə və zorakılıqdan çəkinməyə çağırırıq”, – deyə XİN-dən bildirilib.

Gununsesi.info