Xankəndi-Laçın yolunda sülhməramlıların daha bir avtomobili maneəsiz hərəkət edib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Gununsesi.info xəbər verir ki, nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

HTML tutorial

Belə ki, minik maşını Xankəndindən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 28 gündür davam edir.

Gununsesi.info