Xəzərlə bağlı zavod yaradılacaq

Xəzərin suyunun duzsuzlaşdırılması üzrə zavod yaradılacaq.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, bununla bağlı Azərbaycanla İsrail arasında Anlaşma Memorandumu imzalanıb.

“İsrailin su emalı sahəsində tanınmış I.D.E. Water Assets Ltd (IDETechnologies) şirkəti və Azərbaycan İnvestisiya Şirkəti ASC arasında ölkəmizdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun yaradılması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb”, – M.Cabbarov yazıb.

Gununsesi.info