
Bakıda qətl törədilib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, dünən saat 17 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində 1994-cü il təvəllüdlü Çərkəz Əfrayıl oğlu Ələsgərov bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədən şəxs oradan uzaqlaşıb.
Qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
Gununsesi.info