
“Xəzər dənizinin su səviyyəsinin artıb-azalması ona xas olan prosesdir. Lakin son illər su səviyyəsinin azalması daha uzun müddət çəkir”.
Gununsesi.info xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, fəaliyyətləri dənizlə bağlı olan sahələrə su səviyyəsinin enməsi mənfi təsir göstərir:
” Bu eyni zamanda, Xəzər dənizinin temperaturunun artmasına səbəb olur ki, nəticədə su bioresurslarının sayı azalır”.
Gununsesi.info