Bakıxanov qəsəbəsində bir nəfərin külli miqdarda pulu əlindən alınıb

  • By ilhame
  • 03 Fevral 2024 23:05

Fevralın 1-də gecə saatlarında Bakıxanov qəsəbəsi ərazisində bir nəfərin kəsici alətlə hədələnərək 2500 manat pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Məlum olub ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Şahbazov müəyyən olunaraq saxlanılıb.

Ondan narkotik vasitə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Gununsesi.info