Videosunu yaymaqla hədələyib pul almışdı, saxlanıldı

Ötən gün paytaxt sakini polis orqanına müraciət edərək naməlum şəxsin onun videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1170 manatını almasını bildirib.

DİN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, polis əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Qobustan rayon sakini Nail Rəcəbov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 

Gununsesi.info