Vaşinqtonda Türkiyə-ABŞ danışıqları necə bitdi?

  • By admin
  • 19 Yanvar 2023 20:52

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a səfəri və amerikalı həmkarı  Entoni Blinkenlə müzakirələri dünya mediasının əsas mövzularından biri olub.

Gununsesi.info-nun xəbərinə görə, BBC türkiyəli diplomatın səfərini şərh edib.

HTML tutorial

Həmin şərhi təqdim edirik:

Blinkenin sədrliyi ilə keçirilən Strateji Mexanizm görüşündən sonra verilən birgə bəyanat və tərəflərin mətbuata verdiyi açıqlamalar, hər iki tərəfin 2010-cu ilin əvvəlindən davam edən yumşaldılma prosesinə sadiq qalmaq stədiyini göstərib.

Açılış nitqində Blinkenin ikitərəfli əlaqələrlə yanaşı yalnız Ukrayna məsələsini və bu kontekstdə taxıl dəhlizinin reallaşmasında Türkiyənin “fövqəladə rolunu və liderliyini” vurğulaması diqqət çəkib.

Çavuşoğlu isə Türkiyənin ABŞ-dan almaq istədiyi F-16 döyüş təyyarələri ilə “terrorla mübarizədə əməkdaşlıq” çağırışını təkrarlayaraq, Ankaranın diqqət yetirdiyi mövzulara diqqət çəkib.

F-16 təsdiqi ilə İsveç-Finlandiya əlaqəsi
Vaşinqtonda aparılan danışıqlar Konqresin Türkiyənin F-16 döyüş təyyarələri almasını təsdiqləməsi ilə İsveç və Finlandiyanın NATO-da iştirakını parlamentin təsdiqləməsi arasında daha aydın əlaqəyə gətirib çıxarıb.

Çavuşoğlu görüşlərdən sonra mətbuata açıqlamasında Türkiyənin İsveç və Finlandiyanı alyansa qəbul etməsi mövzusunun rəsmi təmaslar zamanı əsas mövzu olmadığını deyib.

Lakin Amerika mənbələrinə görə, Ukrayna müharibəsi davam edərkən İsveç və Finlandiyanın ittifaqa daxil olma prosesinin uzadılması nəinki senator Bob Menendez kimi Türkiyə əleyhinə rəftarları məlum olan siyasətçiləri, həmçinin bir çox demokrat və respublikaçıları da narahat edir.

ABŞ-ın Ankaradakı səfiri Jeff Flake Ankarada jurnalistlərə açıqlamasında iki məsələnin bir-biri ilə əlaqəli olmadığını, lakin İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün böyük istək olduğunu təsdiqləyib. O, deyib ki, Konqres bunun baş verməsini görmək istəyir.

Mətbuat konfransında Çavuşoğlu, həmçinin “İsveç yolun başlanğıcındadır” və Türkiyə-İsveç-Finlandiyanın üçüncü daimi ortaq mexanizm iclasının tezliklə baş tutacağını bildirərək, Ankaranın dərhal geri addım atmaq niyyətində olmadığını açıqlayıb.

 

Tərcümə:

Elmar