
Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib.
Gununsesi.info xəbər verir ki, onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb.
İdarəyə Möhsün Aşurov adlı rəis təyin edilib.
Məlumata görə, yaxın gələcəkdə Muxtar Respublikanın bir sıra strukturlarında da bu tipli dəyişikliklər olacaq.
Muxtar Respublikanın rəhbərliyi ilə bağlı son zamanlar bəzi media quruluşlarına yer alan xəbərlər yaxın gələcəkdə Ali Məclis sədri Vasif Talıbovun yola salınacağına dair fikirlər formalaşdırıb.
Elmar
Gununsesi.info